EN

Serbiyada kimlər XAOS YARADIR?

Rusiya Xarici İşlər Nazirliyi hesab edir ki, Serbiyadakı etirazlar nəticəsində xaosun hökm sürməsinə imkan vermək mümkün deyil.

“İki sahil” "Komersant"a istinadla xəbər verir ki, bu barədə Serbiyada daxili siyasi vəziyyətin pisləşməsi fonunda yayılan rəsmi bəyanatda deyilir.

"Serbiyada üç ay əvvəl Novi Sad şəhərinin dəmir yolu vağzalında baş verən faciəyə vətəndaşların reaksiyası kimi başlayan küçə etirazları geniş miqyas alıb. Bu əsasda Serbiyada xaosun hökm sürməsinə icazə verə bilmərik. Ölkə artıq çoxsaylı xarici və daxili çağırışlarla üz-üzədir”, - deyə, Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Rusiya XİN əmin olduğunu bildirib ki, Serbiya rəhbərliyi hadisələrin dramatik inkişafının qarşısını almaq üçün hər şeyi edir: "Biz görürük ki, hakimiyyət kritik siqnalları dinləyir. Onlar da öz növbəsində siyasi proseslər çərçivəsində hər kəslə birbaşa dialoqa hazır olduqlarını nümayiş etdirirlər.”

Serb tələbələrin təşkil etdiyi etirazlara Novi Sadda dəmiryol vağzalında beton örtünün uçması nəticəsində 15 nəfərin ölümü səbəb olub. Etirazçılar xüsusilə Aleksandr Vuçiç, Novi Sad şəhərinin meri Milan Djuric və baş nazir Miloş Vuçeviçin istefasını tələb ediblər. Belqradın əsas magistralının 24 saatlıq blokadasından bir neçə saat sonra Serbiyanın baş naziri Miloş Vuçeviç istefa verib.

Chosen
16
ikisahil.az

1Sources