EN

Miri Yusifi videoları ilə şantaj edən şəxsin MƏHKƏMƏSİ OLUB

Xalq artisti Miri Yusifi videolarını yayacağı ilə təhdid edərək, qarşılığında pul tələb edən şəxsin məhkəməsi olub.

Bununla bağlı Miri Yusifin prodüseri, tanınmış teleaparıcı Emin Əfəndi məlumat verib.

"Bir neçə gün əvvəl saxlanılan şəxslə bağlı məhkəmənin ilkin iclası olub. Məhkəmədə həmin şəxsi bağışlamışıq", - deyə E.Əfəndi bildirib.

Xatırladaq ki, yanvarın 19-da naməlum şəxs "WhatsApp" sosial şəbəkəsi vasitəsilə Emin Əfəndiyə mesaj yazaraq Miri Yusifin videolarını yayacağı ilə təhdid edərək pul tələb etmişdi.

(oxu.az)

Chosen
15
6
avtosfer.az

10Sources