EN

Paşinyan Azərbaycanla sərhədlərin delimitasiya prosesi ilə bağlı Kobaxidzeni məlumatlandırıb

“Mən gürcü həmkarıma Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası ətrafındakı son hadisələr barədə məlumatlandırdım”.

APA-nın xəbərinə görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Gürcüstanın hökumət başçısı İrakli Kobaxidze ilə birgə mətbuat konfransında deyib.

Paşinyan sözügedən prosesin növbəti mərhələsinin Ermənistan-Azərbaycan-Gürcüstan dövlətlərarası sərhədlərinin kəsişmə məntəqəsinin yaxınlığından başlanılması barədə razılıq əldə olunduğunuKobaxidzenin diqqətinə çatdırdığını qeyd edib.

Chosen
91
2
apa.az

3Sources