EN

Sahibkarlar Məkkə Halal Forumuna dəvət olunurlar

25-27 fevral 2025-ci il tarixlərində Səudiyyə Ərəbistanının Məkkə şəhərində 2-ci Məkkə Halal Forumu keçiriləcək.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumatına görə, Səudiyyə Ərəbistanı Krallığının Ticarət Nazirliyinin himayəsi altında keçiriləcək və dünyanın müxtəlif ölkələrindən iştirakçıların bir araya gələcəyi tədbir qlobal halal bazarın inkişafını dəstəkləmək və beynəlxalq əməkdaşlıqları gücləndirmək məqsədi daşıyır. "Halal dayanıqlı inkişaf" mövzusuna həsr olunacaq forum halal qida, dərmanlar, moda, kosmetika və turizm sahələrində qabaqcıl təcrübə mübadiləsi və innovativ yanaşmaların təqdim olunacağı platformadır. İlk dəfə 2024-cü ildə keçirilən və 120 ölkədən 6000 iştirakçının qatıldığı forumda Azərbaycan da fəal iştirak edib.

Forum çərçivəsində halal bazarına maraq göstərən liderlərin iştirakı ilə konfrans, B2B görüşlər və halal məhsul və xidmətlərin sərgisi təşkil olunacaq.
Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) təşəbbüsü, KOBİA-nın tərəfdaşlığı ilə forumun sərgi hissəsində Azərbaycan pavilyonu qurulacaq. Pavilyon ölkəmizin halal məhsul və xidmətlərini dünya bazarına tanıtmaq üçün geniş imkanlar yaradacaq.

Chosen
37
2
vergiler.az

3Sources