Demokrat.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
Xatırlatma: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ahmet Yeşil 20 il müddətinə azadlıqdan məhrum olunub.
Qeyd: 2024-cü il martın 31-də Sumqayıt şəhəri ərazisində dəniz sahilində uşaq meyitinin aşkar edilib. Araşdırmalarla 1984-cü il təvəllüdlü Yeşil Ahmet Turanın Sumqayıt şəhəri Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində azyaşlı övladını suda boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Yeşil Ahmet Turan prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
5Sources
-
news365.azAzyaşlı övladını dənizdə boğaraq öldürən şəxslə bağlı QƏRAR ( 15158643)
-
bakivaxti.azAzyaşlı övladını dənizdə boğaraq öldürən şəxslə bağlı QƏRAR ( 15158219)
-
demokrat.azAzyaşlı övladını dənizdə boğaraq öldürən Türkiyə vətəndaşı ilə bağlı QƏRAR ( 15157451)
-
tribunainfo.azAzyaşlı övladını dənizdə boğaraq öldürən Türkiyə vətəndaşı ilə bağlı QƏRAR ( 15156721)
-
pravda.azAzyaşlı övladını dənizdə boğaraq öldürən Türkiyə vətəndaşı ilə bağlı QƏRAR ( 15156129)