EN

ABŞ ordusu Suriyanı bombardman etdi

ABŞ ordusu Suriyanın şimal-qərbində hava hücumu həyata keçirib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.

Məlumatda deyilir ki, bölgədəki terrorçu qrupları məhv etmək üçün davam edən səylərin bir hissəsi olan hava hücumu “Əl-Qaidə” terror təşkilatının “Hürrəs əl-Din” qruplaşmasının üzvü Məhəmməd Salah əz-Zabirin öldürülməsi ilə nəticələnib.


Müəllif: Mənsur Rəğbətoğlu
Chosen
26
teleqraf.com

1Sources