EN

6 terrorçubaşı məhv edilib

“HƏMAS” terror təşkilatının “Qəssam” briqadalarının komandiri Məhəmməd Deyfin ölüm xəbəri təsdiqlənib. Ondan başqa terrorçu ordunun komandir müavini Mərvan İsanın da məhv edilməsi xəbəri təsdiqini tapıb.

“Qəssam” Briqadalarının sözçüsü Ebu Ubeyde, lider terrorçular Qazi Ebu Tamah, Raid Sabit, Rafi Selame, Əhməd əl-Qandur və Ayman Navfelin də öldüyünü bildirib.

Əbu Ubeydə Deyfin nə vaxt və necə öldürüldüyü barədə ətraflı məlumat verməyib.

İsrail ordusu 1 avqust 2024-cü il tarixli bəyanatında Deyfin öldürüldüyünü iddia etmişdi. “Döyüş təyyarələri 2024-cü il iyulun 13-də Xan Yunis şəhərinə zərbələr endirib və kəşfiyyat qiymətləndirməsindən sonra Məhəmməd Deifin hücumda məhv edildiyi təsdiqlənə bilər”, - deyə məlumat vürilmişdi.

Məhəmməd Deyfin sağ əli olan Mərvan İsanın 2024-cü ilin martında öldüyü iddia edilirdi.

Chosen
39
vaxt.az

1Sources