EN

FT: Qərbin Rusiyaya qarşı iqtisadi müharibəsi uğursuzluğa düçar olub

Qərbin Rusiyaya qarşı apardığı iqtisadi müharibə uğursuz olub, Moskva ona qarşı tətbiq etdiyi sanksiyaların ciddi nəticələrindən qaça bilib...

Poliqon xəbər verir ki, bu barədə Britaniyanın Financial Times qəzeti yazıb.

Nəşrin məqaləsində qeyd olunur ki, Rusiya iqtisadiyyatı Ukraynada davam edən müharibə fonunda Maliyyə Nazirliyi və Mərkəzi Bankın səlahiyyətləri (və kifayət qədər fəaliyyət azadlığı) ilə dəstəklənir.

"Bu baxımdan Qərbin iqtisadi müharibəsi uğursuzluğa düçar olub", deyə məlumatda qeyd edilib.

FT yazır ki, Rusiya da neft sanksiyalarının iqtisadi nəticələrindən yayınıb. Üstəlik, Qərbin effektiv sanksiyalar rejimi yaratmaq üçün atdığı hər bir addım - istər birbaşa neft idxalına qadağa, istərsə də gəmiçilik və maliyyə xidmətlərinə məhdudiyyətlər olsun - Rusiya iqtisadiyyatı üçün qaçış yollarının geniş açılması ilə müşayiət olunub.

Bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio bəyan etmişdi ki, Birləşmiş Ştatlar Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarını uzatmasını alqışlayır.

Poliqon.info

Chosen
4
poliqon.info

1Sources