İsrail bu məsələ barədə Livan hökumətinə də şikayət ünvanlayıb. Digər tərəfdən, Livan təhlükəsizlik sisteminin adı gizli saxlanılan nümayəndəsi WSJ-yə bildirib ki, Beyrut Hava Limanı "Hizbullah"ın bu cür qaçaqmalçılıq cəhdlərinin qarşısını almaq məqsədilə ciddi hərbi nəzarət altındadır.
İrandan Livana silah-sursat keçirilməsinin qarşısı alınıb - FOTOLAR |
"Külli miqdarda nağd pulun hava limanından qaçaqmalçılıq yolu ilə keçirilməsi çətin işdir, amma almaz və s. kimi qiymətli daş-qaş yoxlama əsnasında aşkarlanmaya bilər",- o deyib.
Xatırladaq ki, ötən il noyabrında 27-də imzalanan atəşkəs sazişi nəticəsində İsrail və "Hizbullah" arasındaikiaylıq müharibəbaşa çatıb. (Müharibə dövründə İsrail "Hizbullah" ali rəhbərlərini, o cümlədən təşkilatın lideriHəsən Nəsrullahıaradan qaldırıb). Həmin vaxtdan indiyədək irili-xırdalı sərhədyanı toqquşmalar meydana gəlib. Sazişin şərtlərinə əsasən, İsrail Silahlı Qüvvələrinin bu ölkədən çıxması üçün 60 günlük möhlət verilib. Halbuki bu müddətin yanvarın 26-da qurtarması fonunda İsrail terrorçuların yenidən güc toplanmasından ehtiyatlanaraq, daha 30 gün vaxt istəyib. Münaqişənin həlli üzrə vasitəçilər: ABŞ və Fransa ilə aparılandanışıqlarnəticəsində İsrail Ordusunafevralın 18-dəkmöhlət verilib.
Firudin Həmidli
AzVision.az