AZ

WSJ: "İran "Hizbullah"a çamadanlarla dolu dollar ötürür"

ABŞ-nin müdafiə sisteminin adı çəkilməyən rəsmi nümayəndəsinin "Wall Street Journal" (WSJ) qəzetinə verdiyiaçıqlamayagörə, belə bir iddia Livanda Vaşinqtonun rəhbərliyi ilə atəşkəs rejimini nəzarətdə saxlayan komitəyə İsrail tərəfindən çatdırılıb. İddiada vurğulanır ki, terrorçulara qanunsuz maddi yardım prosesinə bir sıra Türkiyə vətəndaşı da cəlb olunub. Onların nağd pulu təlimat əsasında İstanbuldan Beyruta apardıqları bildirilir.

İsrail bu məsələ barədə Livan hökumətinə də şikayət ünvanlayıb. Digər tərəfdən, Livan təhlükəsizlik sisteminin adı gizli saxlanılan nümayəndəsi WSJ-yə bildirib ki, Beyrut Hava Limanı "Hizbullah"ın bu cür qaçaqmalçılıq cəhdlərinin qarşısını almaq məqsədilə ciddi hərbi nəzarət altındadır.
İrandan Livana silah-sursat keçirilməsinin qarşısı alınıb - FOTOLAR

"Külli miqdarda nağd pulun hava limanından qaçaqmalçılıq yolu ilə keçirilməsi çətin işdir, amma almaz və s. kimi qiymətli daş-qaş yoxlama əsnasında aşkarlanmaya bilər",- o deyib.

Xatırladaq ki, ötən il noyabrında 27-də imzalanan atəşkəs sazişi nəticəsində İsrail və "Hizbullah" arasındaikiaylıq müharibəbaşa çatıb. (Müharibə dövründə İsrail "Hizbullah" ali rəhbərlərini, o cümlədən təşkilatın lideriHəsən Nəsrullahıaradan qaldırıb). Həmin vaxtdan indiyədək irili-xırdalı sərhədyanı toqquşmalar meydana gəlib. Sazişin şərtlərinə əsasən, İsrail Silahlı Qüvvələrinin bu ölkədən çıxması üçün 60 günlük möhlət verilib. Halbuki bu müddətin yanvarın 26-da qurtarması fonunda İsrail terrorçuların yenidən güc toplanmasından ehtiyatlanaraq, daha 30 gün vaxt istəyib. Münaqişənin həlli üzrə vasitəçilər: ABŞ və Fransa ilə aparılandanışıqlarnəticəsində İsrail Ordusunafevralın 18-dəkmöhlət verilib.

Firudin Həmidli
AzVision.az
Seçilən
14
azvision.az

1Mənbələr