EN

Azərbaycan 2024-cü ildə Qazaxıstandan 211 min ton taxıl idxal edib

Astana, 31 yanvar, AZƏRTAC

2024-cü ilin sentyabr-dekabr aylarında Qazaxıstan 4 milyon ton yeni taxıl məhsulu ixrac edib ki, bu da 2023-cü ilin analoji dövrü ilə müqayisədə 57 faiz çoxdur.

AZƏRTAC Qazaxıstan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, İrana və Azərbaycana tədarük xeyli artıb. Belə ki, İrana ixrac 455 min tona qədər, Azərbaycana isə 188 min tonadək artıb.

2024-cü ildə Qazaxıstanın taxıl ixracının ümumi həcmi 8,1 milyon ton təşkil edib.

Əsas alıcılar Özbəkistan (3,3 milyon ton), Tacikistan (1,2 milyon ton), Çin (1,7 milyon ton), Əfqanıstan (289 min ton), İran (526 min ton), Azərbaycan (211 min ton) və Qırğızıstan (140 min ton) olub.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Chosen
46
14
azertag.az

10Sources