Lakin Rusiya təkcə "Oreşnik"lə məhdudlaşmır. ABŞ-nin Military Watch Magazine jurnalı "İskander-1000" adlı yeni operativ-taktiki raket kompleksindən bəhs edib. Bu silah "İskander-M"in təkmilləşdirilmiş versiyasıdır və onun döyüş imkanlarını ikiqat artırır. 1000 km uçuş məsafəsinə malik bu raketlər Kalininqraddan Berlinə qədər NATO hədəflərini vura bilər. Analitiklər qeyd edir ki, "İskander-1000"in yüksək dəqiqliyi onu NATO üçün ciddi təhlükəyə çevirir.
Hazırda Ukraynada "İskander-M" raket kompleksləri aktiv şəkildə istifadə olunur. Bu raketlər Ukrayna Silahlı Qüvvələrinin qərargahlarını, baza və bunkerlərini, NATO texnikalarını, o cümlədən Patriot sistemlərini məhv edir. Son hücumlar nəticəsində Odessadakı liman obyektləri və Kremençuqda hərbi obyektlər dağıdılıb.