EN

Yeni “İskander” NATO üçün kabusa çevrilir– ÖZƏL

Olaylar.az xəbər verir ki, Qərb ekspertləri Rusiya Silahlı Qüvvələrinin yeni raket kompleksləri ilə bağlı müzakirələr aparır. "Oreşnik" adlı superraketin Dnepropetrovskdakı sınağı Qərbdə şok yaradıb. "Yujmaş" hərbi zavodu və sovet dövründən qalan beton bunkerlər altı döyüş başlığı ilə məhv edilib. Qərb analitikləri "Oreshnik"in 17 dəqiqə ərzində NATO-nun Brüsseldəki qərargahına çata biləcəyini hesablayıb.

Lakin Rusiya təkcə "Oreşnik"lə məhdudlaşmır. ABŞ-nin Military Watch Magazine jurnalı "İskander-1000" adlı yeni operativ-taktiki raket kompleksindən bəhs edib. Bu silah "İskander-M"in təkmilləşdirilmiş versiyasıdır və onun döyüş imkanlarını ikiqat artırır. 1000 km uçuş məsafəsinə malik bu raketlər Kalininqraddan Berlinə qədər NATO hədəflərini vura bilər. Analitiklər qeyd edir ki, "İskander-1000"in yüksək dəqiqliyi onu NATO üçün ciddi təhlükəyə çevirir.

Hazırda Ukraynada "İskander-M" raket kompleksləri aktiv şəkildə istifadə olunur. Bu raketlər Ukrayna Silahlı Qüvvələrinin qərargahlarını, baza və bunkerlərini, NATO texnikalarını, o cümlədən Patriot sistemlərini məhv edir. Son hücumlar nəticəsində Odessadakı liman obyektləri və Kremençuqda hərbi obyektlər dağıdılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
20
olaylar.az

1Sources