UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.
MilliYol.az xəbər verir ki, tədbirdə 1/16 finalın cütləri bəlli olub.
Liqa mərhələsində 9-24-cü yerləri tutan 16 komandanın rəqiblərinin adına aydınlıq gəlib. Bu mərhələdə "Mançester Siti" və "Real Madrid" üz-üzə gələcək.
UEFA Çempionlar LiqasıPley-off mərhələsi
"Brügge" (Belçika) - "Atalanta" (İtaliya)"Sportinq" (Portuqaliya) - "Borussiya" (Dortmund, Almaniya)"Mançester Siti" (İngiltərə) - "Real" (İspaniya)"Seltik" (Şotlandiya) - "Bavariya" (Almaniya)"Yuventus" (İtaliya) - PSV (Niderland)"Feyenoord" (Niderland) - "Milan" (İtaliya)"Brest" (Fransa) - PSJ (Fransa)"Monako" (Fransa) - "Benfika" (Portuqaliya)
Qeyd edək ki, bu raundun oyunları 11-12 və 18-19 fevralda baş tutacaq. “Liverpul”, “Arsenal”, “Aston Villa” (hamısı İngiltərə), “İnter” (İtaliya), “Barselona”, “Atletiko” (hər ikisi İspaniya), “Bayer 04” (Almaniya), və “Lill” (Fransa) birbaşa 1/8 finalda çıxış edəcəklər.