EN

Salfet istehsalının inkişafı layihəsi üçün yarım milyon manat güzəştli kredit ayrıldı

“Ləzzət Qida Sənaye” MMC salfet istehsalının inkişafı layihəsi üzrə Sahibkarlığın İnkişafı Fondundan 500 min manat güzəştli kredit əldə edib.

Valyuta.az bu barədə Sahibkarlığın İnkişafı Fonduna istinadən xəbər verir.

Layihənin maliyyələşdirilməsi “Azərbaycan Beynəlxalq Bankı” ASC vasitəsilə həyata keçirilib.

Qeyd edək ki, "Ləzzət Qida Sənaye" Məhdud Məsuliyyətli Cəmiyyəti 1995-ci ildən fəaliyyət göstərir. Şirkət çərəzlər, çay, dənli məhsullar, limonad, lokum, makaron, qənd, un, popcorn və qarğıdalı çubuqlarının istehsalı ilə məşğuldur

Chosen
37
3
valyuta.az

4Sources