Avropa İttifaqı Misirlə sərhəddə yerləşən Rəfahda missiya qrupu yerləşdirir.
Bu barədə Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas bildirib.
\"Avropa kömək etmək üçün buradadır: Aİ-nin mülki sərhəd missiyası bu gün fələstinlilərin və israillilərin tələbi ilə Rəfah keçid məntəqəsinə yerləşdirilir. O, fələstinli sərhəd personalını dəstəkləyəcək və fərdlərin, o cümlədən tibbi yardıma ehtiyacı olanların Qəzzadan çıxarılmasına imkan verəcək\", - o, X səhifəsində yazıb.
///Apa