EN

Kim həftənin ən yaxşı oyunçusu seçiləcək?

Çempionlar Liqasında əsas mərhələnin 8-ci turunun matçlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

Onlar Usman Dembele (PSJ), Antuan Qrizmann (Atletiko), Morqan Rocers (Aston Villa) və Lautaro Martinesdi (İnter). Dembele “Ştutqart” (4:1), Rocers “Seltik” (4:2), Martines “Monako” (3:0) ilə matçda het-trik edib, Qrizmann isə “Zaltsburq”un (4:1) qapısına 2 qol vurub.

Qalib UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində məlum olacaq.

Chosen
21
1
football-plus.az

2Sources