EN

Daha iki banka sığorta agenti fəaliyyəti üçün lisenziya verilib

Azərbaycan Mərkəzi Bankı (AMB) iki banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib.

Bu barədə Day.Az AMB-dən məlumat əldə edib.

Məlumata görə, söhbət "Bank Avrasiya" və "Bank BTB" ASC-lərdən gedir.

 

Bununla da Azərbaycanda 60 hüquqi şəxs və 21 bank sığorta agenti lisenziyasına malik olub.

"Bank Avrasiya" 2007-ci ildən, "Bank BTB" isə 2010-cu ildən fəaliyyət göstərir.

Chosen
7
1
day.az

2Sources