Azərbaycan Mərkəzi Bankı (AMB) iki banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib.
Bu barədə Day.Az AMB-dən məlumat əldə edib.
Məlumata görə, söhbət "Bank Avrasiya" və "Bank BTB" ASC-lərdən gedir.
Bununla da Azərbaycanda 60 hüquqi şəxs və 21 bank sığorta agenti lisenziyasına malik olub.
"Bank Avrasiya" 2007-ci ildən, "Bank BTB" isə 2010-cu ildən fəaliyyət göstərir.