Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyası Azərbaycanın Qazax rayonu ilə həmsərhəd əraziyə gələrək, müşahidə aparıblar.
Aznews.az xəbər verir ki, bir neçə maşında gələn avropalı müşahidəçilər bu dəfə də binoklla ətrafı, o cümlədən Azərbaycan ərazilərini izləyiblər.
Müşahidə Missiyasının hərəkətləri Azərbaycan sərhədçilərinin nəzarətindən yayınmayıb.
Azərbaycan sərhədçiləri onların həm avtomobil, həm də piyada hərəkətlərini müşahidə altında saxlayıblar.