EN

Edə biləcəyimiz bütün səhvləri etdik - Vasili Berezutski

“Sabah” Azərbaycan Premyer Liqasının 21-ci turunda səfərdə “Kəpəz”ə 2:3 hesabı ilə məğlub olub.

Publika.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Vasili Berezutski matçdanm sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Bu cür səhvlər edəcəyiksə, əlbəttə ki, qalib gəlmək çox çətin olacaq. Belə halları şərh etmək çətindir. Rəqib heç bir hücum etmədən 3 qo vurur. Çox üzücüdür. Amma bu, futboldur.

– Rəqib pressinq tətbiq etməklə “Sabah”ı səhvlərə məcbur edirdi. Düşünmürsüz ki, həmin istək sizin komandada yox idi?

– Biz istəkdə rəqibə uduzmadıq. Azlıqda qaldanda belə təzyiq edirdik, qol vəziyyətləri yaradırdıq.

– Qış fasiləsindən sonra 3 oyunda 2 xal toplamısız. Qarşıda daha çətin rəqiblərlə matçlar var. Bu gedişlə “Sabah” hansı komandaları üstələyə biləcək?

– Razıyam ki, özümüzə çətinliklər yaratdıq. Əlimizdən gələni edəcəyik ki, qarşıdakı matçlarda hər rəqibə qalib gələk.

– Yeni qapıçı Stas Pokatilov növbəti matçda meydanda olmağa hazırdır?

Chosen
39
6
publika.az

10Sources