EN

Toya bənzər yas məclisləri - Nəzarət necə olmalıdır?

Bakı. Trend:

Son günlərdə yas mərasimlərinin dəbdəbəli təşkili məsələsi yenəgündəmdən düşmür. İnsanlar tərəfindən müzakirələrə səbəb olan toyabənzər şəkildə təşkil edilən yas mərasimlərinə nəzarət necəolmalıdır?

Mərasimlərin bu şəkildə təşkilinin qarşısını almaqüçün hansı addımlar atılıb və atılmalıdır?

Mövzu ilə bağlı Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) əməkdaşı,ilahiyyatçı-alim Samid Quliyev Trend-ə bildirib ki,İslam coğrafiyasına nəzər saldıqda yas mərasimlərininkeçirilməsinin müsəlman ölkələrində fərqli formada qeyd olunduğunugörürük.

“Bəzən bir ölkədə müxtəlif formada yas mədəniyyəti formalaşır.Azərbaycanda da yas mərasimlərinə bölgələr üzrə özünəməxsus tərzdəyanaşılır və bunula bağlı illərdir ki, oturuşmuş adət-ənənələrmövcuddur. Bu ənənələr içərisində 3,7,40,52 və cümə axşamları,habelə, mərhumun dünyasını dəyişdiyi günün ildönüm kimi qeydedilməsi var. Çox təəssüf ki, bu mərasimlərin həddindən artıqtəmtəraqlı keçirilməsinin şahidi oluruq. Halbuki dini qaydalaragörə insan dünyasını dəyişdikdən sonra onun varislərinin boynunameyitə qüsl verdirmək, hənutlamaq, kəfənləmək, namaz qıldırmaq vədəfn etmək öhdəliyi vacib olur. Bu vacib işlərdən sonragördüklərimiz isə dinin hökmü deyil, adət-ənənədir”, - o deyib.

O qeyd edib ki, son dövrlərdə yas mərasimlərinin dəbdəbəlikeçirilməsi, bahalı qəbirüstü abidələrin qoyulması gündəmi zəbtedib.

“Qafqaz Müsəlmanlar İdarəsi Qazılar Şurası bu barədə dəfələrlətövsiyələr vermiş, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi (DQİDK)bölgələrdə maarifləndirici tədbirlər keçirmişdir.

Yas mərasimlərinin qadağan edilməsi məsələsinə gəldikdə isə buadət-ənənədir və qanunla tənzimlənmir. Yas mərasimlərinin dəbdəbəlikeçirilməsinin qarşısını ictimai qınaqla almaq mümkün olar. Bu işəziyalılar, ağsaqqallar, din xadimləri cəlb olunmalı, DQİDK-nıntəşkil etdiyi maarifləndirici tədbirlərdə ictimaiyyətnümayəndələrinin fəal iştirakı təmin olunmalıdır. Həmçinin yaxşıolar ki, bu məsələdə İslam dininin təməl özəlliklərinə,Peyğəmbərimiz Məhəmməd (s) aləmlərə örnək olan şəxsi nümunəsinə vəhədisi-şəriflərə istinad edilsin”, - deyə o əlavə edib.

Məsələyə münasibət bildirən ilahiyyat üzrə fəlsəfə doktoru,deputat Ceyhun Məmmədov isə Trend-ə qeyd edib ki, İslam diniisrafçılığı qəbul etməyən bir dindir:

“Dəbdəbəli həyat, dəbdəbəli yaşamaq İslamda bəyənilən əməllərdəndeyil. Təəssüf ki, bu gün dəbdəbəli hallar cəmiyyətdə geniş yayılıbvə bir sıra hallarda da bu məsələlər dinlə və dini dəyərlərləəsaslandırılır. Əslində bu məsələnin dini dəyərlərlə heç birəlaqəsi yoxdur. Bu artıq bir ənənə kimi formalaşıbdır. Dünyanın birçox müsəlman ölkələrində bu cür mərasimlər keçirilir. Amma İslamda3 gündən artıq yas saxlamaq yoxdur. İslam dini 3 gündən artıq yassaxlamağı qəbul etmir. Ona görə də bu gün bizdə edilən mərasimlərbirmənalı qarşılanmır. İnsanlarımız da çalışmalıdır ki,israfçılıqdan, dəbdəbədən, günah əməllərdən uzaq olsunlar”.

O bildirib ki, insanlar yas mərasimlərini İslam dəyərlərinə vəənənələrinə uyğun bir formada keçirməlidirlər.

“Bütün hallarda bu məsələlər elə edilməlidir ki, əndazədənçıxmasın. İnsanlar bu işləri görərkən müəyyən bir çərçivəni,normaları, qaydaları gözləməlidirlər və israfçılıqdan, dəbdəbədənuzaq olmalıdırlar. Çünki bir sıra hallarda bu məsələ cəmiyyətdə dəbirmənalı qarşılanmır və əksər hallarda bu barədə geniş müzakirələraparılır. Yas mərasimlərində çay süfrəsi ola bilər. Uzaqdangələnlər üçün hansısa formada bu ola bilər. Amma dəbdəbəli şəkildəedilən yas mərasimlərinin dinlə heç bir əlaqəsi yoxdur. Dinisrafçılığın əleyhinədir. Bu cür addımlarda insanlar diqqətliolmalıdırlar. Dinin adından hansısa işlər görürlərsə, eləetməlidirlər ki, dinimizə xələl gəlməsin. Müəyyən çərçivədə,normada, qaydalar daxilində bu prosses getməlidir vətənzimlənməlidir”, - deyə deputat əlavə edib.

Chosen
32
6
az.trend.az

7Sources