Yük avtomobillərinin yolda qalması nəqliyyat sıxlığına səbəb olub.
Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Bildirilib ki, Yasamal rayonu, Moskva prospekti, tunelə giriş hissədə texniki nasaz bir neçə yük avtomobili yolda qalıb.
Bu səbəbdən metronun "20 Yanvar" stansiyası istiqamətində nəqliyyat sıxlığı yaranıb.
Sıxlığın aradan qaldırılması məqsədilə tədbirlər görülür.
Telegram kanalımız