EN

Azərbaycanda banklara ən az və ən çox əmanət yerləşdirən regionlar açıqlandı

Bu ilin yanvarın 1-nə Azərbaycanda regionlar üzrə cəlb olunmuş əmanətlər 14,6 milyard manat təşkil edib.

Bu barədə “Qafqazinfo” Mərkəzi Banka istinadən xəbər verir.

Məlumata əsasən, ölkə üzrə cəlb olunmuş əmanətlərin ən çoxu - 12,9 milyard manatı Bakı iqtisadi rayonunun, ən azı – 433 min manatı isə Şərqi Zəngəzur iqtisadi rayonunun payına düşüb.

Dövr ərzində regionlar arasında bankda əmanəti olanların siyahısında Abşeron-Xızı iqtisadi rayonu ikincidir. Burada yaşayan əhalinin banklarda 525,9 milyon manat pulu var.

Siyahıda üçüncü yerdə isə 230,4 milyon manat əmanət cəlbi ilə Gəncə-Daşkəsən iqtisadi rayonu qərarlaşıb.

Regionlar üzrə cəlb olunmuş əmanətlərin siyahısını təqdim edirik:

Chosen
38
4
qafqazinfo.az

9Sources