EN

İnsanları əyləndirmək istəyərkən canından olurdu - Video

Çinin Yunnan vilayətində əyləncə mərkəzində sualtı şou zamanı balıq anidən “su pərisi”nə hücum edib.

“Qafqazinfo” “The Economic Times”a istinadən xəbər verir ki, hadisə Çin Yeni ili bayramı ilə əlaqədar keçirilmiş şou zamanı baş verib.

Belə ki, iri balıq “su pərisi” obrazına daxil olmuş 22 yaşlı rusiyalı qızın başını dişləyib.

Bu zaman tamaşaçılar çaxnaşma içində qışqırmağa başlayıblar.

“Su pərisi” özünü itirməyərək başını balığın ağzından çıxarıb və yuxarıya doğru üzüb. Məlumata görə, o, yüngül xəsarət alıb.

Görüntüləri təqdim edirik:

Chosen
35
qafqazinfo.az

1Sources