Bakı. Trend:
BMT Təhlükəsizlik Şurasına sədrlik bir ay müddətinə Çinə keçib.Yanvarda təşkilata Əlcəzair sədrlik edib.
Trend-inməlumatına görə, BMT Təhlükəsizlik Şurası üzvlərinin fevraldakeçiriləcək iclaslarının mövzularından biri Yaxın Şərqdəki vəziyyətolacaq. Ümumilikdə, ay ərzində BMT Təhlükəsizlik Şurası təxminəniyirmi açıq iclas və qapalı məsləhətləşmələr keçirəcək.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası 15 üzvdən, o cümlədən 5daimi üzvdən - Böyük Britaniya, Çin, Rusiya, ABŞ və Fransadanibarətdir. Təhlükəsizlik Şurasında təmsil olunan dövlətlər öz işinənövbə ilə ingilis dilinin əlifba sırası ilə rəhbərlik edirlər.