EN

Qəbələdə iki avtomobil toqquşub - Ölən var

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Yanvarın 31-də saat 20 radələrində Qəbələ rayonunun Tövlə kəndində VAZ-2106 və VAZ-2101 markalı avtomobillər toqquşub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, nəticədə VAZ-2106-da olan sərnişin 1958-ci il təvəllüdlü Ehsan Kərimov aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər sərnişin 1976-cı il təvəllüdlü Müslüm Soltanov və sürücü 56 yaşlı E.Muşdaqov xəsarət alıb.
Həmçinin digər avtomobilin sürücüsü 30 yaşlı Aqasif Qəribli və sərnişini 2002-ci il təvəllüdlü Elnur Cəbrayılov xəsarət alıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, ölüm və xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Qəbələ Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Chosen
71
28
oxu.az

10Sources