EN

16 kiloqrama yaxın narkotik aşkar edildi - DİN

Azərbaycanbda polis ötən gün külli miqdarda narkotik vasitələri dövriyyədən çıxarıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 31-də ümumi çəkisi 15,8 kiloqramdan artıq narkotik vasitə, həmçinin 44 psixotrop tərkibli həb aşkar olunaraq götürülüb.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov
Chosen
69
50
teleqraf.com

10Sources