EN

Etibarsız… Sən onunla dağlar aşmaq istəyirdin?

Bir gözü Avropada olan ilk növbədə sabit çıxış edən qapıçıya sahiblənməlidir.

Çünki o, komandanın yarısı sayılır.

Əgər həmin qapıçı «mandrajist» deyilsə, özünə güvənirsə, bu psixoloji durumu yoldaşlarına da müsbət təsir göstərəcək, onları tonusda saxlayacaq, qələbəyə doğru aparacaq.

Yusif İmanovda indi bunların heç biri yoxdur. Tamamən bərbad bir mövsüm keçirir.

Murad Musayevin zamanında həqiqətən «1 nömrə» idi, çox artırmışdı, daim adından söz etdirirdi.

Nə keyfyyətləri var idisə, bu gün hamısını itirib.

Açığı, daha Vasili Berezutskini qapıçı mövzusunda qınamağın yeri yoxdur, Yusif İmanov onun müdafiəsinə qalxmış media kəsiminin dilini qısa elədi.

Baş məşqçi Stas Pokatilovu Qaxaxıstandan Azərbaycana gətirməklə tənqidlərə məruz qalmışdı ki, Yusif var da burada, ona nə gərək?

Gərək varmış, dostlar, varmış! Qazaxıstan millisinin qapıçısının ehtiyatda sıra gözlədiyini bilən İmanov Tovuzda o cür biabırçı səhv(lər) etməməli idi.

Bilməli idi ki, «limit»i tükənmək üzrədir, Berezutski daha səbrini basa bilməyəcək.

Rusiyalı gələn turdan etibarən əlcəkləri Stasa geyindirsə, Yusif inciməməlidir, səbəbi özündə görməlidir.

Dünənki səhv bəlkə də «Sabah»ın Premyer Liqada üçüncü yeri tutmaq şansının üzərindən qara xətt çəkdi.

ELNUR

Chosen
9
sportinfo.az

1Sources