EN

Azərbaycanda universitet yanğın təhlükəsizliyi qaydalarının pozulmasına görə - MƏHKƏMƏYƏ VERİLİB

“Azərbaycan Dövlət və Mədəniyyət Universiteti” PHŞ məhkəməyə verilib.

FED.az xəbər verir ki, buna səbəb İctimai Qayda, İctimai Təhlükəsizlik və İctimai Mənəviyyat Əleyhinə Olan İnzibati Xətalardır.

Belə ki, “Azərbaycan Dövlət və Mədəniyyət Universiteti” PHŞ barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə protokol irəli sürülüb.

Xatırladaq ki, həmin maddəyə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

İş hakim Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin Gültəkin Əsədovanın icraatındadır.

Məhkəmə baxış iclası 11 fevral 2025-ci il. saat 09:25-ə təyin edilib.

Chosen
16
3
fed.az

5Sources