EN

İstanbulda fabrikdə güclü yanğın - Video - Foto - Yenilənib

İstanbulda təkər fabrikində güclü yanğın baş verib.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, yanğının səbəbi hələlik bəlli deyil.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və polis əməkdaşları, həmçinin təcili yardım avtomobilləri cəlb edilib. 

***

Yanğın qısa müddətdə genişlənərək anbarın yanındakı tekstil sexinə keçib.

Yanğınsöndürmə briqadaları 53 texnika və 133 canlı qüvvə ilə yanğının söndürülməsinə davam edir.

Həmçinin yanan təkər anbarında partlayış səsləri də eşidilir.






Chosen
20
21
qafqazinfo.az

10Sources