Rusiyanın Yekaterinburq şəhərində avtomobil ehtiyat hissələri mağazası 300 kv. m sahədə yanıb.
Qaziler.az bildirir ki, bu barədə fevralın 5-də Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
"Yekaterinburqda Rusiya Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri avtomobil hissələri mağazasında baş verən yanğını söndürürlər", - idarənin Telegram-dakı paylaşımında deyilir.
Yanğın Saraninski zolağında 300 kvadratmetr ərazini əhatə edib. Bildirilir ki, yanğının söndürülməsi üçün 18 yanğınsöndürən və altı texnika işləyir.
Ölən və yaralananlar barədə məlumat verilmir.
QAZİLER.AZ