EN

HƏMAS-ın azad etdiyi daha iki girov İsrailə təhvil verildi

İsraillə HƏMAS arasında girovların mübadiləsi çərçivəsində dəyişdirilən yəhudi əsilli iki nəfər – Yarden Bibas və Ofer Kalderon artıq Xan-Yunis şəhərinə gətirilib.

 

Bu barədə “Əl-Ərəbiyyə” məlumat yayıb.

 

Biri eyni zamanda ABŞ vətəndaşlığını daşıyan girovların Beynəlxalq Qızıl Xaç Komitəsinin avtomobilləri ilə gətirildiyi bildirilib.

 

Yəhudi əsilli Kit Siqalın isə bir qədər sonra qurumun nümayəndələrinə təhvil veriləcəyi açıqlanıb.

Chosen
6
7
senzor.az

8Sources