EN

Manatla pul kütləsinin həcmi AÇIQLANIB

Bakı. Trend:

Bu ilin yanvarın 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin(M3 aqreqatı) həcmi 46,5 milyard manat təşkil edib.

Trend-inMərkəzi Bankdan (AMB) əldə etdiyi məlumata görə, bu, aylıqmüqayisədə 1,8 milyard manat və ya 4%, 2024-cü ilin əvvəlinənisbətən isə 1,4 milyard manat və ya 3,1% çoxdur.

Bundan başqa, bu ilin yanvarın 1-nə manatla pul kütləsinin (M2aqreqatı) həcmi 36,6 milyard manat təşkil edib ki, bu da aylıqgöstəriciyə nisbətən 2 milyard manat və ya 5,8%, 2024-cü ilinəvvəlinə nisbətən isə 1,3 milyard manat və ya 3,6% çoxdur.

Həmçinin, hesabat dövründə M1 pul aqreqatı üzrə göstərici 29,6milyard manata bərabər olub. Bu, aylıq müqayisədə 1,9 milyard manatvə ya 6,8% çox, 2024-cü ilin əvvəlinə nisbətən isə 31,4 milyonmanat və ya 0,1% azdır.

Eyni zamanda bu ilin yanvarın 1-nə banklardan kənarda olan nağdpul kütləsi (M0 aqreqatı) 15,8 milyard manat təşkil edib ki, bu daaylıq müqayisədə 244 milyon manat və ya 1,6% çox, ötən ilinəvvəlinə nisbətən 15,4 milyon manat 0,1% azdır.

Chosen
21
22
az.trend.az

10Sources