484 gün boyunca HAMAS silahlıları tərəfindən saxlanılan yəhudi əsilli Şmuel Kit Siqal yaxın saatlarda qarşı tərəfə təhvil veriləcək.
Missiya.Az APA-ya istinadən xəbər verir ki, prosesin baş tutacağı Qəzza sektorundakı məntəqədə hazırlıq işləri tamamlanıb. Burada həmçinin girovun qalxması üçün xüsusi səhnə quraşdırılıb.
Əraziyə həmçinin yüzlərlə HAMAS silahlısının gəldiyi açıqlanıb.
Qeyd edək ki, bir qədər əvvəl təhvili prosesi yekunlaşan Ofer Kalderon və Yarden Bibas onları müşayiət edən İsrail həbçiləri ilə birlikdə ərazini tərk ediblər.