EN

PUTİN TRAMPDAN ƏN ÇOX NƏYİ İSTƏYİR? - “Bu, Putinin tədricinə son qoya bilər”

Donald Trampın ABŞ prezidentliyinə qayıdışını Vladimir Putin özünün beynəlxalq təcridini qırmaq və “dövlət xadimi” imicini bərpa etmək üçün fürsət kimi görür.

“AzPolitika” xəbər verir ki, “The Hill” nəşrində dərc edilən məqalədə belə deyilir.

Qəzet yazır ki, Putin Trampla mümkün görüşə özünün beynəlxalq nüfuzunun bərpası imkanı kmimi baxır: "Putinin ən çox istədiyi şey Trampın ona dünya səhnəsində statusunu bərpa etməkdə kömək etməsidir. Bu məqsədlə Rusiya lideri Trampa yumşaqlıqla yaltaqlanır, onun həm ölkə daxilində, həm də beynəlxalq aləmdə nüfuzunu gücləndirə biləcək yüksək səviyyəli görüşün əsasını qoyur".

Məqalədə bildirilir ki, Putinin Trampı “sakitləşdirməkdən” başqa yolu yoxdur: “Eyni zamanda, Rusiya iqtisadiyyatının çöküş həddinə yaxınlaşdığı bir vaxtda Putin artıq Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinə eyham vuran Trampı qıcıqlandırmamaq üçün ehtiyatlı davranır. Lakin Rusiya hələ də Ukrayna ilə birbaşa danışıqlar aparmaq istəmir və bunun əvəzinə Amerika ilə danışıqlara can atır. Tramp həm də sülh razılaşmasına vasitəçilik etməyə çalışır, lakin “Ukraynasız Ukrayna haqqında heç nə” prinsipini əsas tutan ABŞ-nin keçmiş prezidenti Co Baydendən fərqli olaraq, Tramp öz siyasi məqsədlərini gerçəkləşdirməyə və həll yolunu axtarmağa daha çox meyllidir”.

Chosen
23
50
azpolitika.info

10Sources