EN

“Komandalar arasında səviyyə fərqi açıq seçilirdi” – millimizin baş məşqçisi

Azərbaycan futzal millisini baş məşqçisi Vitali Borisov Avropa çempionatının əsas mərhələsi çərçivəsində Xorvatiyaya uduzduqları (2:9) oyunu şərh edib.

İdmanxeber.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, mütəxəssis matçı belə dəyərləndirib: 

Uşaqlara elə də çox iradım yoxdur. Bacardıqları qədər mübarizə apardılar. Bu görüşü unutmalı, qeyd etdiyim kimi, Yunanıstanla matça diqqət yetirməliyik. Bakıda qələbə qazanıb azarkeşlərimizi sevindirmək istəyirik. Həmin oyun həm də qrupda ikinci yeri tutmaq baxımından son şansımız olacaq”.

Chosen
60
1
idmanxeber.az

10Sources