EN

Türkiyə mediası erməniəsilli deputatın Azərbaycan əleyhinə bəyanatlarını tənqid eetdi

Türkiyə mediası Xalqların Demokratiya Partiyasından (HDP) olan erməniəsilli millət vəkili Qaro Paylanın Azərbaycan əleyhinə bəyanatlarını tənqid edib.

Publika.az xəbər verir ki, “Yeni Akit” qəzeti “Hələ bu adam Türkiyənin çörəyini də yeyir” sərlövhəli məqaləsində deputatın Ermənistanın “3-5 il ərzində” Azərbaycana qarşı yeni təcavüzə hazırlaşması ilə bağlı sözlərinə diqqət çəkib.

Nəşr Qaro Paylanın Ermənistanın baş naziri Nikol Paşinyanla fotoşəklini paylaşıb, həmçinin onun erməni mətbuatına müsahibəsindən parçalara istinadla deputatın digərləri ilə yanaşı, İrəvanı “ABŞ və Fransanın güclü dəstəyini almağa” çağırdığını da qeyd edib.

Məşhur xəbər resursu “Haber7.com” da Türkiyə millət vəkilinin qalmaqallı müsahibəsini oxuculara çatdırıb.

Chosen
44
4
publika.az

10Sources