ABŞ-nin Filadelfiya ştatından Missuriyə uçan "Learjet 55" təyyarəsi yaşayış binalarının üzərinə düşüb.
Hadisə Pensilvaniya ştatının Filadelfiya şəhərində baş verib.
Məlumata görə, qəza zamanı təyyarədə 6 nəfər olub. Onların ikisi həkim, iki pilot, bir xəstə və xəstənin ailə üzvü olduğu deyilir. Onların vəziyyəti ilə bağlı məlumat verilməyib.
Qəza saniyəbəsaniyə yolda hərəkət edən maşının kamerasına düşüb.