EN

6 ildir köçürülmə üçün xəbərdarlıq alan 37 ailə evlərindən niyə çıxmır? VİDEO

Kompensasiyanın azlığına etiraz edən 37 ailənin yaşadığı binanın elektrik enersi ilə təminatı dayandırılıb.

Xezerxeber.az-ın xəbərinə görə, Binəqədi rayonu Ağasadıq Gəraybəyli 41 küçəsində yerləşən beş mərtəbəli yataqxana tipli binanın sakinləri iddia edir ki, qəzalı vəziyyətdə olan beş mərtəbəli binanın köçürülməsi üçün qərar altı il bundan əvvəl müvafiq qurumlar tərəfindən verilib.

Binada  sakinlırinin yarıdan çoxu  köçürülüb. 37 ailə  isə onalra təklif edilən kompensasiya ilə razılaşmadığından mənzilləri tərk etmirlər.

Qeyd edək ki, Bakı Baş Tikinti İdarəsinin balansında olan bu bina 1990-cı ildən ev növbəsində olan işçilər üçün ayrılıb. Sonradan sözügedən idarə ləğv olunub.

Mehriban Rüstəməova onlara təklif edilən kompensasiyanın məbləği ilə  ilə razılaşmadıqları üçün məhkəməyə müraciət ediblər.

Binəqədi rayon  Mənzil Kommunal  Təsərrüfatı Birlinin baş mühəndisi Vəli Əliyev “Xəzər Xəbər”ə açıqlamasında qeyd edib ki, binaya bundan sonra kommunal xidmət göstərilməyəcək.

İndi həm sakinlər, həmdə rəsmi qurumlar məhkəmənin qəbul edəcəyi  qərarı gözləyirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
39
50
xezerxeber.az

10Sources