Qəzza zolağı ilə Misir arasındakı Rəfah sərhəd-keçid məntəqəsi 8 aydan sonra xəstə və yaralıların təxliyəsi üçün açılıb.
Â
Bu barədə Türkiyə mediası məlumat yayıb.
Â
Bildirilib ki, Qəzzada atəşkəs və əsir mübadiləsi razılaşması çərçivəsində 50 yaralı və xəstə fələstinli uşağı daşıyan təcili yardım maşınları bu gün Rəfah sərhəd keçid məntəqəsindən Misirə keçib.
Â
İsrail ordusuna məxsus radioda verilən məlumata görə, Qəzzada atəşkəs və əsir mübadiləsi razılaşması çərçivəsində açılan Rəfah sərhəd-keçid məntəqəsindən yalnız Qəzza sakinləri buraxılacaq. Qəzzaya girişə isə məhdudiyyətlər tətbiq edilib.