Almaniyanın sabiq prezidenti Horst Köhler 81 yaşında vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə Almaniya Prezidentinin ofisi məlumat yayıb.
Köhler ağır xəstəlikdən sonra fevralın 1-də səhər tezdən Berlində ailəsinin yanında dünyasını dəyişib.
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer mərhumun həyat yoldaşına başsağlığı verib.
Qeyd edək ki, Köhler 2004-2010-cu illərdə Almaniyanın prezidenti olub.
Bizim.Media