Əhməd əş-Şəra bu gün Səudiyyə Ərəbistanına səfərə gedəcək. Səfərin bu gün baş tutacağı gözlənilir.
Xezerxeber.az xəbər verir ki, əş-Şara ötən ay verdiyi müsahibədə Səudiyyə Ərəbistanının Suriyada mühüm rol oynaya biləcəyinə diqqət çəkərək, Suriyanın bütün qonşuları üçün böyük investisiya imkanları təqdim etdiyini bildirib.
Səudiyyə Ərəbistanına səfəri zamanı iki ölkə arasında əlaqələrin bərpası və inkişafı ilə bağlı danışıqlar aparacağı gözlənilən əş-Şara daha əvvəl Dəməşqdə Səudiyyə Ərəbistanı nümayəndə heyəti ilə bir sıra görüşlər keçirmişdi.