Fövqəladə Hallar Nazirliyinə Lənkəran rayonunun Sinovli kənd sakini Şıxcanov Cabir Sərdar oğluna məxsus evin yaşayış üçün yararsız vəziyyətə düşməsi və ailənin yaşayış yerinin olmaması barədə məlumat daxil olub.
Nazirlikdən APA-ya verilən məlumata görə, bununla əlaqədar FHN-in Cənub Regional Mərkəzinin əməkdaşları tərəfindən müvəqqəti yaşayış məqsədilə çadır qurularaq vətəndaşa təhvil verilib.
![Lənkəranda](https://apa.az/storage/news/2025/february/02/small/679f13e916691679f13e9166921738478569679f13e91668f679f13e916690.jpg)
![Lənkəranda](https://apa.az/storage/news/2025/february/02/small/679f13e91ad9c679f13e91ad9d1738478569679f13e91ad9a679f13e91ad9b.jpg)