Bakı. Trend
Milli Hidrometeorologiya Xidmətinin fevralın 2-si saat 10:00-aolan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasənyağmursuz keçib.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, Bakıda vəAbşeron yarımadasında gecə saatlarında az çiskinli olub (0 mm).
Sumqayıt, Şəmkir, Xaltan, Yevlax, Sabirabad, Zərdab, İmişli,Cəfərxan, Neftçala, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş50-500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7,Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıqrayonlarda 8, yüksək dağlıq ərazilərdə 10 dərəcəyədək şaxta qeydəalınıb.