Azərbaycanın Los-Ancelesdəki konsulluğunun diplomatları Silikon vadisində yeni açılmış Ərtoğrul Qazi məscidini ziyarət ediblər.
“Paralel.az ” xəbər verir ki, bu barədə Azərbaycanın Kaliforniyadakı diplomatik nümayəndəliyinin mətbuat xidməti bildirib.
“Yeni açılmış Ərtoğrul Qazi məscidini ziyarət etməkdən şad olduq. [Türkiyənin] Dəyanət Vəqfi Silikon vadisi şöbəsinin səmimi qəbulu və qonaqpərvərliyinə görə ürəkdən təşəkkür edirik. Dolğun müzakirələrə görə icma üzvlərinə minnətdarıq”, – Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğunun sosial şəbəkə hesabında qeyd olunub.
Xatırladaq ki, daha əvvəl azərbaycanlı diplomatlar Kaliforniyada ASALA terrorçularının qurbanı olmuş türkiyəli həmlarlarının xatirəsini yad etmişdilər.