EN

22 ədəd “Starlink” mini peyki orbitə çıxarılıb

“Falcon 9” daşıyıcı aparatı “Starlink” sisteminin qlobal internet şəbəkəsinin orbital qrupunu doldurmaq üçün 22 mini peykdən ibarət partiyanı uğurla orbitə çıxarıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “SpaceX”-in məlumatında bildirilib. “22 “Starlink” peykinin orbitə buraxılması təsdiqlənib”, – deyə qeyd olunub.

Raket şənbə günü Sakit okean vaxtı ilə saat 15:02-də Kaliforniyadakı Vandenberq Hərbi Hava Qüvvələri bazasında SLC-4E buraxılış meydançasından buraxılıb. Təxminən bir saat sonra peyklər buraxılış aparatının ikinci pilləsindən ayrılaraq orbitə daxil olub.

2019-cu ilin may ayından etibarən “SpaceX” “Starlink” layihəsi çərçivəsində 7800-dən çox belə peyk buraxıb. Hazırda orbitdə 6900-dən çox cihaz işlək vəziyyətdədir.

Chosen
19
8
azpost.info

10Sources