EN

22 ədəd “Starlink” mini peyki orbitə çıxarıldı

“Falcon 9” daşıyıcı aparatı “Starlink” sisteminin qlobal internet şəbəkəsinin orbital qrupunu doldurmaq üçün 22 mini peykdən ibarət partiyanı uğurla orbitə çıxarıb.

OXU24.COM  xəbər verir ki, bu barədə “SpaceX”in məlumatında bildirilib.

“22 “Starlink” peykinin orbitə buraxılması təsdiqlənib”, - deyə qeyd olunub.

Raket şənbə günü Sakit okean vaxtı ilə saat 15:02-də Kaliforniyadakı Vandenberq Hərbi Hava Qüvvələri bazasında SLC-4E buraxılış meydançasından buraxılıb. Təxminən bir saat sonra peyklər buraxılış aparatının ikinci pilləsindən ayrılaraq orbitə daxil olub.

 

Chosen
14
8
oxu24.com

10Sources