EN

Əhməd əş-Şara bu gün Səudiyyə Ərəbistanına səfər edib - YENİLƏNİB

Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şara xarici işlər naziri Əsəd Həsən Şeybaninin müşayiəti ilə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada gəlib.

APA xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Əl-İhbariyyə telekanalı məlumat yayıb.

Vəliəhd şahzadə Məhəmməd bin Salmanla görüşü gözlənilən Əhməd əş-Şaranın Suriyanın keçid dövrü prezidenti seçildikdən sonra ilk xarici səfərini edib.

Onun ilk səfəri ilə bağlı fotoları təqdim edirik:

***

04:05

Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şara xaricə ilk səfərində Səudiyyə Ərəbistanına gedəcək. Səfərin bu gün baş tutacağı gözlənilir.

APA xəbər verir ki, əş-Şara ötən ay verdiyi müsahibədə Səudiyyə Ərəbistanının Suriyada mühüm rol oynaya biləcəyinə diqqət çəkərək, Suriyanın bütün qonşuları üçün böyük investisiya imkanları təqdim etdiyini bildirib.

Səudiyyə Ərəbistanına səfəri zamanı iki ölkə arasında əlaqələrin bərpası və inkişafı ilə bağlı danışıqlar aparacağı gözlənilən əş-Şəra daha əvvəl Dəməşqdə Səudiyyə Ərəbistanı nümayəndə heyəti ilə bir sıra görüşlər keçirmişdi.

Chosen
46
2
apa.az

6Sources