"Renn" yeni transfer üçün Bundesliqaya üz tutub.

Offsideplus.az xəbər verir ki, Liqa 1 klubu "Ştutqart"dan Antoni Rouaultu heyətə cəlb etməyi planlaşdırır. Bu barədə "Plettigoal" məlumat yayıb.

Futbolçunun 15 milyon avro qarşılığında transferi üçün razılığın əldə edildiyi qeyd olunub.

Xatırladaq ki, 23 yaşlı müdafiəçi 2024/25 mövsümündə 28 oyuna çıxıb və 1 qola imza atıb.